II Bakı Payız Ətraf Mühit Məktəbi

 

“Ekosistem Xidmətlərinin İnkişaf Planına

Daxil Edilməsi”

ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzi (CCEE) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) birgə təşkil etmiş olduğu “Bakı Payız Ətraf Mühit Məktəbi” üç günlük təlim proqramıdır.

Bu il də “Ekosistem xidmətlərinin inkişaf planına daxil edilməsi” mövzusuna həsr olunacaq 2-ci Bakı Payız Ətraf Mühit Məktəbi 4-6 noyabr, 2016-cı il tarixlərində ADA Universitetində keçiriləcəkdir.

Təlim proqramının sonunda iştirakçılar sertifikatlarla təltif olunacaqlar.


Təlimin elan və proqramını yüklə.


Proqram haqqında

Siyasətçilər inkişaf planlarının hazırlanması ilə əlaqəli proseslərdə çoxşaxəli problemlərlə tez-tez üzləşməli olurlar. Çox zaman layihələr inkişaf məqsədlərinə çatmaq üçün təbiətə təsiretmə hesabına həyata keçirilir. Məsələn, kənd təsərrüfatının intensivləşdirilməsi dövlət siyasəti qida məhsullarının istehsalının artırılması məqsədi ilə yerinə yetirilir. Bu səbəblə meşələrin qırılması isə torpağın eroziyası və daşqınların yaranmasına yol açır. Təbii ki, həyat tərzləri və rifahı təbiətdən asılı olan şəxslər bu proseslərin təsirinə olduqca həssasdırlar.

Ekosistem xidmətləri və inkişaf məqsədləri arasındakı əlaqəni tanımaq daha uğurlu strategiyaların seçilməsinə zəmin yaradır. Ekosistem xidmətlərinin daha yaxşı qiymətləndirilməsi, dəyərləndirilməsi və təsvir edilməsi inkişaf planlaşıdırıcılarını, onların fəaliyyətlərinin ekosistem xidmətlərinə necə təsir etdiyini və onları necə dəyişdirdiyini anlamağa, bu xidmətləri davamlı etmək üçün optimal seçimlər etməyə yardım edə bilər.

 

Nələr öyrənəcəksiniz?

·     Ekosistem xidmətləri nədir

·     Sektorlararası nəzər nöqtəsindən ətraf mühit məsələlərinin analizi

·     Ekosistem xidmətlərinin inkişaf planına daxil edilməsi üçün 6 əsas addım və onların həyata keçirilməsi yolları

 

Kimlər iştirak edə bilər?

·     Ətraf mühit və onunla sıx əlaqəsi olan digər sahələrdə çalışan (ekologiya, eko-turizm, kənd təsərrüfatı, torpaq idarəolunması və s.)  dövlət qurumları və bələdiyyə nümayəndələri, beynəlxalq təşkilatlar, həmçinin elmi-tədqiqat institutlarının əməkdaşları

 

Başqa?

·       Təlim unikal praktik təcrübəyə əsaslanan Harvard Keys metodologiyası ilə həyata keçirilir

·       Təlimdə iştirak ödənişsizdir

·       Təlim ingilis dilində keçiriləcək və azərbaycan dilinə sinxron tərcümə xidməti təşkil ediləcəkdir


Son müraciət tarixi

Təlimdə iştirak üçün CV və motivasiya məktubunuzu rhasanova@ada.edu.az email ünvanına 17 oktyabr, 2016-cı il tarixinədək göndərə bilərsiniz.


Əlaqə:

Rakiyə Həsənova

Layihələr və Əməliyyatlar Üzrə Mütəxəssis

Xəzər Enerji və Ətraf Mühit Mərkəzi

Email: rhasanova@ada.edu.az

Tel(+99412) 437 32 35 daxili nömrə 307