Bakı Ətraf Mühit Məktəbi

Dayanıqlı inkişaf və ətraf mühit üzrə göstəricilər”

Bakı Ətraf Mühit Məktəbi ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzi tərəfindən  təşkil edilən, milli ətraf mühit  siyasəti və idarəçiliyinin  təkmilləşdirilməsinə yönəlmiş bir həftəlik, sertifikatlaşdırılmış təlim proqramıdır. 

Təlimin əsas məqsədi ətraf mühit siyasəti və idarəçiliyi sahəsində çalışan dövlət məmurlarını müasir tendensiyalar, mütərəqqi təcrübə və modellər barədə məlumatlandırmaq, onların peşə hazırlığını və biliklərini gücləndirməkdir. 

Bakı Ətraf Mühit Məktəbi 13-18 iyun  2016-cı il tarixlərində, ADA Universitetində keçiriləcəkdir.

 

limin proqramı

limin 2016-cı il üçün təsdiqlənmiş gündəliyi, dayanıqlı inkişaf konsepsiyasının milli müstəvidə realizəsi və ətraf mühit üzrə göstəricilərlə qarşılıqlı əlaqəsi, həmçinin təbii resurs və büdcə vəsaitlərinə qənaət imkanı verən ekoloji strategiyaların Azərbaycanda tətbiqi perspektivlərini əhatə edir. Təlimin proqramına beynəlxalq və yerli təcrübə vurğulanmaqla növbəti mövzular daxildir:

  • Beynəxalq ətraf mühit siyasəti
  • Ətraf mühit hüququ və idarəçiliyi
  • Su idarəçiliyi və içməli su keyfiyyəti problemləri
  • Dayanıqlı inkişaf və ətraf mühit üzrə göstəricilər
  • Tullantıların idarəçiliyi
  • Enerji səmərəliliyi və iqlim dəyişikliyi
  • Hava keyfiyyəti və nəqliyyatın dayanıqlı idarəçiliyi


lim proqramının gündəliyini yüklə.


Təlimçilər

Proqram təlimçiləri ətraf mühit sahəsində çoxsaylı akademik araşdırmalar və geniş iş təsrübəsinə malik olan yerli və beynəlxalq ekspertlərdən təşkil olunmuşdur. Təlimçilərin sırasına Avropa İttifaqı və Dünya Bankının ekspertləri, həmçinin yerli akademik institutların elmi işçiləri daxildir.


İştirakçılar

Təlimdə ətraf mühit siyasəti və idarəçiliyi sahəsində çalışan dövlət qulluqçuları və müxtəlif dövlət təşkilatlarının əməkdaşları iştirak edə bilər. İştirakçılar çalışdıqları sahə üzrə ən azı 4 il iş davamlı təcrübəsinə malik olmalıdır. 

Təlimdə iştirak haqqı 1000 AZN təşkil edir. 

Təlim azərbaycan dilində keçiriləcək.


Təlimdə iştirak qaydası

7 iyun 2016-cı il proqramda iştirak etmək üçün son müraciət tarixidir. Yuxarıda qeyd olunan tələblərə cavab verən iştirakçılar CV  əlavə olunmuş qısa müraciət məktubunu, 7 iyun 2016-cı il tarixinə qədər environment@ada.edu.az ünvanına göndərməlidirlər.  

Əlaqədar şəxs: Sadiqə Mehdizadə, Proqram Direktoru

Email: environment@ada.edu.az

Telefon: (+99412) 4373235/ daxili 427